CƏMİYYƏT


Gənclər üçün ekstremizmə və radikalizmə qarşı mübarizəyə dair təlimlər keçirilib

Bakı, 7 yanvar, AZƏRTAC

“Nifrət nitqinə yox” hərəkatı çərçivəsində “Gənclər ekstremizm və radikalizmə qarşı” layihəsi icra olunub.

AZƏRTAC Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının saytına istinadla xəbər verir ki, layihənin məqsədi cəmiyyətdə nifrət nitqinin aradan qaldırılmasına, gənclərin düzgün qərarvermə qabiliyyətinin inkişaf etdirilməsinə və onların bu sahədə biliklərinin artırılmasına töhfə verməkdir.

Avropa Gənclər Fondunun, Gənclər Klubları Avropa Konfederasiyasının maliyyə və Şuranın təşkilati dəstəyi ilə həyata keçirilən layihənin iştirakçılarına təlim və təbliğat işinin təşkili, düzgün qiymətləndirmənin aparılması, hədəflərin qoyuluşu ilə bağlı ətraflı məlumat verilib. Praktiki hissədən sonra iştirakçılar ümumi istiqamətlər üzrə onlayn təlimlərə qatılıblar. Onlayn sessiyaların bir ay müddətində keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.