İDMAN


Gənclər və idman naziri İslamiadada iştirak edən stolüstü tennis komandasının üzvləri ilə görüşüb

Konya, 9 avqust, Səxavət Quliyev, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Milli Məclisin deputatı Kamal Cəfərov V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın stolüstü tennis komandasının üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Özbəkistanla vacib oyun ərəfəsində keçirilən görüşdə nazir idmançılara qələbə arzulayıb və onların yüksək nəticələr əldə edəcəklərinə ümidvar olduğunu bildirib.

Sonra Azərbaycan-Özbəkistan oyununa start verilib.

Qeyd edək ki, komandamız ilk oyunda Banqladeş seçməsinə 3:0 hesabı ilə qalib gəlib.

Millimiz sabah İran komandası ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.