ELM VƏ TƏHSİL


Gənclərin innovasiya yay düşərgəsi interaktiv təlimlərlə davam edir

Bakı, 11 avqust, AZƏRTAC

Gənclərin innovasiya düşərgəsinin növbəti günündə “Smart şəhər: dörd əsas texnologiya” və “Mexatronika və maşın öyrənməsi” təlimləri davam etdirilib, qruplar üzrə bölünmüş komandalar tapşırıqları icra edib, “Elm və təhsildə innovativ texnologiyalar”, “Simulyasiya proqramları” mövzusunda mühazirə, praktiki məşğələ və elmi debatlar təşkil olunub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, təlimlər Yüksək Texnologiyalar Parkının, onun rezidenti olan “Troniq” MMC-nin, Gənc Alim və Mütəxəssislər Şurasının və Radiasiya Problemləri İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.

Gənclərin innovasiya düşərgəsi qarşıdakı günlərdə “Robototexnika”, “Motivasiya və hədəf” və proqramda nəzərdə tutulan digər təlimlərlə davam edəcək.

Xatırladaq ki, avqustun 8-də Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhəri Kür Olimpiya İdman Tədris Mərkəzində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə Gənclərin innovasiya düşərgəsinə start verilib. Düşərgənin proqramına əsasən ilk gün rəsmi açılış mərasimi baş tutub. Daha sonra “Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım” mövzusunda əyani-praktik təlimlər keçirilib, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün intellektual-əyləncəli oyunlar, idman yarışları və müsabiqələr təşkil olunub. Növbəti gün isə gənclər üçün “Smart şəhər: Dörd əsas texnologiya” və “Mexatronika və maşın öyrənməsi”, “Müxtəlif sahələrdə innovativ texnologiyaların tətbiqi” kimi mövzularda təlim, seminar, eləcə də asudə vaxtın səmərəli təşkili məqsədilə elmi-əyləncəli, intellektual oyunlar, idman yarışları keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.