REGİONLAR
Gənclərin şəxsiyyət kimi formalaşmasında və sağlam cəmiyyətin qurulmasında ailə dəyərlərinin böyük rolu var
Astara, 27 yanvar, Bağır Əliyev, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonunun Artupa kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Ailə dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Artupa Kənd Diyarşünaslıq Evində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Artupa kənd məscidi dini icmasının sədri Ağadada Cavadov, məscidin imamı Hacıhüseyn Hüseynov, Artupa kənd tam orta məktəbinin müəllimi Mehman Quliyev, kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maarifləndirmə tədbirində mövzuyla bağlı çıxış edənlər milli-mənəvi dəyərlərimiz və onun tərkib hissəsi olan ailə dəyərləri haqqında danışıblar.
Çıxışlarda qeyd olunub ki, gənclərin şəxsiyyət kimi formalaşmasında və sağlam cəmiyyətin qurulmasında ailə dəyərlərinin böyük rolu var. Ölkəmizdə mövcud olan ailə dəyərlərini qoruyub saxlamaq olduqca vacibdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.