ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutu əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc edilib
Bakı, 11 sentyabr, AZƏRTAC
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu əməkdaşlarının elmi fəaliyyətləri uğurla davam etdirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin Biotexnologiya şöbəsinin Beynəlxalq kompüter genomikası laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Orxan Mustafayevin “Arabidopsis thaliana bitkilərində mRNA-nın 5'-bölgəsindəki tənzimləmə kontekstləri və translyasiya effektivliyindəki rolu” adlı məqaləsi “Springer” nəşriyyatına daxil olan Rusiyanın “Bitki fiziologiyası” jurnalında dərc olunub.
Qeyd edək ki, jurnalın impakt faktoru 1.229-a bərabərdir.