İQTİSADİYYAT
Georgi Çerkezişvili: Logistik mərkəzlərin yaradılmasında Azərbaycanın iştirakı vacibdir
Tbilisi, 14 sentyabr, AZƏRTAC
Gürcüstanda yeni logistik mərkəzlər yaradılacaq. Azərbaycan bu mərkəzlərin yaradılması ilə bağlı işlərə dəvət olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Georgi Çerkezişvili söyləyib.
Çerkezişvili deyib ki, bu gün Gürcüstan iqtisadiyyatının inkişafında Azərbaycanın da rolu var. Azərbaycan Gürcüstana sərmayə qoyan əsas ölkələrdən biridir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, SOCAR-ın maliyyələşdirdiyi layihələr, eləcə də birgə həyata keçirdiyimiz digər layihələr ölkələrimizin iqtisadi inkişafında, Azərbaycanın və Gürcüstanın regionda və dünyada nüfuzunun artmasında mühüm rol oynayır.
O deyib: “Düşünürəm ki, logistik mərkəzlərin yaradılması və yeni infrastruktur layihələrin reallaşmasında Azərbaycanın iştirakı vacibdir. Azərbaycanı yeni layihələrdə iştiraka dəvət edirik”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi