QAN YADDAŞI


Georgi Mosidze: “Azərbaycan və gürcü xalqları birlik, bütövlük və yeni milli şüurun yaranması sahəsində şanlı tarix yazıblar”

Tbilisi, 19 yanvar, AZƏRTAC

Gürcü və Azərbaycan xalqları mübarizliyi və müstəqillik amalı ilə seçilən xalqlardır. Hər iki xalq 1989-1990-cı illərdə yeni şanlı tarix yazmaqla bunu bir daha sübut etdilər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin deputatı, GUAM PA-da Gürcüstan nümayəndə heyətinin rəhbəri Gerogi Mosidze söyləyib.

G.Mosidze deyib: “Gürcü xalqı 1989-cu ilin 9 Aprelində, Azərbaycan xalqı isə 1990-cı ilin 20 Yanvarında oxşar, çox acı, eyni zamanda, şanlı tale yaşadılar. Amma əslində hər iki xalq birlik, bütövlük və yeni milli şüurun yaranması sahəsində şanlı tarix yazdılar. İkinci dəfə müstəqil dövlət quraraq dünya birliyində layiqli yer tutdular. Bu tarix heç zaman unudulmayacaq”.

Deputat bildirib ki, bu gün hər iki dövlət – Azərbaycan və Gürcüstan müstəqil olaraq inkişaf edirlər. Azərbaycan bir sıra beynəlxalq idman yarışlarına, qlobal enerji, humanitar forumlara ev sahibliyi edir. Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə regional və qlobal əhəmiyyətli enerji, nəqliyyat, loqistik layihələr həyata keçirilir. Bu da bizim müstəqil dövlət quruculuğu, suverenlik uğrunda mübarizəmizin heç də əbəs olmadığını bir daha dünyaya sübut edir.

“Mən bu yolda həm öz xalqıma, həm də dost və qardaş Azərbaycan xalqına uğurlar arzu edirəm”, - deyə Mosidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.