Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Geosiyasi mübarizə və "rəngli inqilablar": postsovet məkanında yeni vəziyyət

Geosiyasi mübarizə və

Şübhə yoxdur ki, dünyanın böyük geosiyasi gücləri öz maraqları uğrunda əllərindən gələni edirlər. Son zamanlar onların postsovet məkanı ölkələrində daha da fəallaşdığını təsdiq edən proseslər gedir. Bir sıra dövlətlərdə kadr dəyişiklikləri müşahidə edilir. Onların sırasında Ermənistan daha çox seçilir. Bu ölkədə baş nazir istefa verib və səbəb kimi yeni hökumətin formalaşması zərurətini göstərib. Onu əvəz edən şəxs isə "Qazprom"da çalışıb. Bu kimi proseslərin genişlənib postsovet məkanı dövlətlərini əhatə etməsi barədə dəqiq proqnoz vermək çətindir. Lakin ekspertlər hesab edirlər ki, bütövlükdə region uğrunda böyük güclərin mübarizəsi daha da intensivləşib. Bu prosesin necə sonuclanacağı isə məlum deyil.

İstefalar: sifarişçi kimdir?

Müasir geosiyasi proseslər çox dinamikdir. Uzun müddət dəyişməyən faktorları tapmaq indi çətindir. Hadisələr sürətlə bir-birini əvəz edir. Xüsusilə böyük dövlətlər arasında amansız və güzəştsiz savaş gedir. Hərbi, informasiya, mədəniyyət, ideologiya və başqa sahələrdə bunun əlamətlərini daha açıq hiss etmək mümkündür. Bu özəllik geosiyasətdə qeyri-müəyyənlik, risk və xaos amillərini gücləndirir. Son dövrlərdə postsovet məkanında həmin amillər daha qabarıq şəkildə özünü büruzə verir.

Rusiya rəhbərliyi bir neçə dəfə bəyan edib ki, bəzi dairələr keçmiş sovet respublikalarında siyasi hakimiyyəti zorla dəyişmək planlarını işləyir. Türkiyədə uğursuz hərbi çevriliş cəhdindən sonra bu mövzuda analizlər daha da çoxalıb. Hətta Prezident Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiya sərhədləri yaxınlığında "geosiyasi turbulentliyin yaradılmasından narahat olduqlarını" dilə gətirmiş, buna misal olaraq Türkiyə, Ermənistan və Mərkəzi Asiyada müşahidə edilən prosesləri göstərmişdi.

Bunların təsadüfi olmadığı aydındır. Çünki yüksək səviyyəli dövlət rəsmisinin belə açıq danışması üçün əsaslı və ciddi səbəblər olmalıdır. Hazırda özünü göstərən bir sıra hadisələr də D.Peskovun ifadə etdiyi fikirlərin yersiz olmadığını təsdiqləyir. Həmin kontekstdə Ermənistan, Özbəkistan, Gürcüstan və Rusiyadakı kadr dəyişiklikləri üzərində dayanmaq maraqlı olardı.

Ermənistanda baş nazir Ovik Abramyan istefa verib. O, səbəb kimi "prezidentin yeni hökumət formalaşdırması üçün imkan yaratmağı" göstərib. Belə çıxır ki, O.Abramyan özünü yeni kabinetdə görmür. Məsələ ondan ibarətdir ki, sentyabrın əvvəllərində yayılan informasiyaya görə, Serj Sarkisyanın Vladimir Putinlə görüşü zamanı baş nazir O.Abramyan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) İrəvan ofisinin yeni rəhbəri Debora Qrizeri qəbul edib. Bu təşkilatın Corc Sorosla əlaqələrinin olduğu və bir neçə ölkədə (məsələn, Makedoniyada) "rəngli inqilab" təşkil etdiyi bildirilir (bax: Кто угрожает армянской государственности? Открытое обращение к армянскому народу и властям Армении / "dlmn.info", 1 sentyabr 2016).

O.Abramyanın yerinə isə Karen Karapetyan təyin edilib. İndi yeni hökumət formalaşdırılır. Ekspertlər burada əsas rolu Kremlin oynadığı qənaətindədirlər. K.Karapetyan Rusiyanın qaz nəhənginə bağlı adam kimi Moskvanın əleyhinə gedə bilməz. Başqa tərəfdən, Ermənistanda məlum üsyanın arxasında Qərbin dayandığı haqqında erməni KİV çox yazır. Etirazda iştirak edənlərin hamısı Amerikada təhsil alıb. Onların tələbləri sırasında yeni hökumətin formalaşdırılması da vardı. Bu aspektdə aydındır ki, O.Abramyanın istefası, əslində, qərbpərəstlərin ciddi məğlubiyyətidir.

Rusiya təşəbbüsü ələ alaraq yeni hökuməti də öz marağına uyğun təşkil edir. Əslində, bu, gözlənilən haldır. Çünki rəsmi İrəvan həmişə kənardan asılı olub. Həm ABŞ, həm də Rusiya onu öz təsiri altına almağa çalışıb. Bu mübarizədə indiki mərhələdə Rusiya qalib kimi görünür. Şübhəsiz ki, Vaşinqton passiv oturmayacaq. Onun hansı addımları atacağını proqnozlaşdırmaq çətindir. Lakin təcrübə göstərir ki, regiona xaos ixrac edə bilərlər. Ermənilərin xislətində ara qarışdırmaq ənənədən vardır. Bu səbəbdən İrəvanda bu üsulla hökumət dəyişikliyi arxasında sağlam məqsədlər dayanmaya da bilər. Hər bir halda Cənubi Qafqazda kənardan idarə olunan Ermənistan yeni miqyasda qeyri-sabitlik və qeyri-müəyyənlik mənbəyinə çevrilməkdədir.

Bu arada Gürcüstandan yayılan bir informasiya da diqqəti çəkir. Bidzina İvanişvili Gürcüstanın hazırkı Prezidenti Giorgi Marqvelaşvilini siyasi həyatının ən böyük səhvi adlandırıb. Onun dediyinə görə, seçkidən əvvəl G.Marqvelaşvili B.İvanişvili tərəfdə olub, sonra isə açıq bildirib ki, məhz onlara əks-cəbhədə olduğundan prezident seçilməyə razılıq verib. Bu, B.İvanişvilinin Gürcüstanda kadr dəyişikliklərinə start verməsi kimi dəyərləndirilir. Ekspertlərin fikrincə, bu proses parlament seçkisindən sonra daha qabarıq surətdə özünü göstərə bilər. Burada Rusiyaya meyilli qüvvələrin üstünlük əldə edəcəyindən danışılır. Hətta onların partiyası da yaradılıb. Belə olan halda Ermənistanın ardınca Gürcüstanda da siyasi düşərgədə mövqe dəyişikliyini gözləmək olar.

Savaşın şiddəti: sabitliyə aparan islahatlara ehtiyac

Cənubi Qafqazda yalnız Azərbaycanda bu kimi hadisələr ehtimal edilmir. Çünki rəsmi Bakı daim müstəqil daxili və xarici siyasət yeridib və bu kursdan dönmək fikrində deyil. Ölkə Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək referendumda da xalq tamamilə hakimiyyətin irəli sürdüyü təklifləri dəstəkləyəcək. Bununla da Azərbaycan regionda sivil idarəetmə sistemini inkişaf etdirən yeganə dövlət olacaq.

Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiyada da böyük geosiyasi güclərin mübarizəsi şiddətlənib. Özbəkistana uzun illər rəhbərlik etmiş İslam Kərimovun vəfatından sonra həmin regionda qeyri-müəyyənliyin yarana bilməsindən bəhs edilir. İndi məlum olub ki, bu ölkəyə yeni rəhbər baş nazir Şavkat Mirziyayev təyin edilib (bax: Премьер назначен президентом / "gazeta.ru", 8 sentyabr 2016).

Rusiya Prezidenti V.Putin İ.Kərimovun vəfatı ilə bağlı Çindən Özbəkistana gələrkən, Ş.Mirziyayevlə görüşmüşdü. Onda baş nazir Rusiya ilə əlaqələrə xüsusi fikir veriləcəyini birmənalı ifadə etmişdi. Ekspertlər də hesab edirlər ki, Ş.Mirziyayevin siyasi karyerası Moskva ilə sıx bağlıdır. Hətta mütəxəssislər "baş nazir prezident təyin edildi" kimi ifadələr də işlədirlər. Proqnozlara görə, Daşkənd Moskva ilə əvvəlkindən daha geniş və daha dərin əməkdaşlıq edəcək.

Bunun fonunda Mərkəzi Asiyanın başqa ölkələrində hakimiyyət dəyişikliyinin gözlənib-gözlənilmədiyi barədə hələlik informasiyalar yoxdur. Ancaq bu ehtimal istisna edilmir. Mümkündür ki, geosiyasi mübarizə regionda təxribatlara yol açsın. Çünki ABŞ və Çinin Mərkəzi Asiyada öz maraqları uğrunda ciddi mübarizə apardığı hamıya bəllidir. Buna görə də Özbəkistandakı hakimiyyət yeniləşməsi hələlik hər şey demək deyil. Burada böyük güclərin savaşı bütün intensivliyi ilə davam edir.

Maraqlıdır ki, Rusiyada da son zamanlar bir sıra kadr dəyişiklikləri aparılır. Bunu Prezident V.Putinin özü edir. Müşahidəçilərin fikrincə, Moskva Qərblə əlaqəsi ola biləcək kadrlardan xilas olur. Görünür, burada Türkiyə hadisələrindən nəticə çıxarırlar. Hər bir halda Rusiya rəhbərliyinin özü də yeni idarəetmə üsulunu tətbiq etmək üçün korrupsiyadan, qanunsuzluqdan və köhnə idarəçilikdən yaxa qurtarmağın lazım gəldiyini anlayır.

Bütün bunlar postsovet məkanında siyasi proseslərin iki aspektdə intensivləşdiyinə işarə edir. Birincisi, Moskva ənənəvi təsir dairəsində olan məkanlarda "rəngli inqilabları" önləmək üçün hakimiyyət dəyişikliklərinə yardım edir. Azərbaycan istisna olmaqla, əksər postsovet məkanı dövlətləri Kremldən asılı olduqlarına görə, buna gedirlər. Hazırda Ermənistan tam mənada həmin prosesin içindədir.

İkincisi, Rusiyanın özü də daxil olmaqla, postsovet məkanı ölkələrində idarəetmənin təkmilləşdirilməsi, yeni tələblərə uyğunlaşdırılması prosesinə start verilib. Bu aspektdə də dövlətlər arasında fərqlər özünü göstərir. Azərbaycan real, sivil və demokratik üsulla islahatlarını davam etdirir. Əvvəlcədən seçilən kursdan qətiyyən kənara çıxmalar yoxdur. Və mütəxəssislərin yekdil fikrinə görə, bu istiqamətdə Azərbaycan daha çox uğur qazanan ölkədir.

Bir sıra hallarda isə postsovet ölkələrində hakimiyyətin yeniləşməsi ilə islahatlar arasında ziddiyyətlər özünü göstərir. Yenə də bunun bariz nümunəsi Ermənistandır. Bu ölkədə kadr dəyişikliyi demokratik islahatlar tələbi ilə deyil, kənardan verilən direktivlərə uyğun həyata keçirilir. Gözləmək olar ki, həmin səbəbdən ölkədə müəyyən problemlər baş qaldırsın.

Bütövlükdə isə postsovet məkanının əhəmiyyətli bir mərhələyə qədəm qoyduğu göz önündədir. Geosiyasi mübarizə buranı sürətlə irəliyə də apara bilər, bunun əksi də baş verər. Hansı ssenarinin reallaşacağı region dövlətlərinin rəhbərlərinin iradəsindən asılı olacaq. Hələlik bu məsələdə bir sıra liderlərin qətiyyətsiz davrandığı duyulur. Vaxt isə gözləmir.

Newtimes.az

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezidenti İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib