İDMAN


Gimnastımız “Junior Team Cup” beynəlxalq turnirinin bürünc medalını qazanıb

Bakı, 8 aprel, AZƏRTAC

Berlində idman gimnastikası üzrə ənənəvi “Junior Team Cup” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, 26 ölkədən 140 gənc idmançının qatıldığı turnirdə ölkəmizi təmsil edən Səməd Məmmədli həmyaşıdları arasında fərqlənərək bürünc medala layiq görülüb. Gimnastımızın dəstəli atda çıxışını hakimlər 12.850 xalla dəyərləndiriblər. S.Məmmədli turnikdəki nümayişinə görə də final mərhələsinə yüksəlib və yekunda 11.550 xalla 6-cı olub.

Digər təmsilçimiz Rüstəm Əhməd isə öz yaş kateqoriyasında dəstəli atda finala vəsiqə qazanıb. Yekun mərhələdə gənc gimnastımız 12.200 xalla yarışı 4-cü yerdə bitirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.