İDMAN


Gimnastımız Nazənin Teymurova Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında beşinci olub

Bakı, 31 iyul, AZƏRTAC

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalına yekun vurulub. Yarışda mübarizəyə 10 idman növü üzrə 50 ölkədən 4 minə yaxın idmançı qoşulub. Əslində bu şəhərin ötən il iyulun 25-dən 31-dək festivala ev sahibliyi edəcəyi planlaşdırılsa da, yarış koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı. Festivala 33 idmançı ilə qatılan Azərbaycan nümayəndə heyətinin tərkibində ənənəvi olaraq Azərbaycanın kişi və qadın idman gimnastları da yer alıblar.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda qadınlar arasında ölkəmizi Nazənin Teymurova, Duyğu Əlizadə, kişilərin mübarizəsində isə Ramin Dəmirov, Rəsul Əhmədzadə və Anar Həsənov təmsil ediblər.

Komandamıza ən yaxşı nəticəni gimnastımız Nazənin Teymurova qazandırıb. İdmançımız dayaqlı tullanmada finala vəsiqə qazanaraq, yarışları beşinci pillədə başa vurub. Qeyd edək ki, gimnastika tariximizdə ilk dəfədir ki, qadınlar arasında bu növ üzrə gənc idmançımız Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalının final mərhələsinə vəsiqə qazanıb.

N.Teymurova komanda yoldaşı Rəsul Əhmədzadə ilə qarışıq cütlük proqramında da finala adlamağı bacarsa da, təəssüf ki, idmançılarımızın topladıqları xallar medal qazanmağa kifayət etməyib. Təmsilçilərimiz bu proqramda 10-cu pillədə qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.