Gimnastımız Nazənin Teymurova dünya kuboku yarışlarında sərbəst hərəkətlərdə gücünü sınayıb
AzerTAg.az
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan təmsilçisi Nazənin Teymurova Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında sərbəst hərəkətlərdə çıxışını təqdim edib.
AZƏRTAC xəbər verir ki, gimnastımızın çıxışı hakimlər tərəfindən 12,566 xalla qiymətləndirilib və təmsilçimiz hazırda beşinci pillədə qərarlaşıb.
Turnirdə rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edir.
Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.
Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.










Xəbərin mətnində orfoqrafik səhv var