İQTİSADİYYAT


Gömrük Akademiyasının məzunları Gömrük Komitəsində işlə təmin olunublar

Bakı, 14 noyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları Gömrük Komitəsində işlə təmin olunublar.

Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının 2017-2018-ci tədris ili üzrə təhsilini başa vurmuş üç xanım məzunu komitədə işlə təmin olunub.

2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsindən 37 tələbə, o cümlədən 4 nəfər xanım məzun olub. Məzunlardan 13 nəfəri Azərbaycanın, 3 nəfəri Türkiyə və Macarıstanın universitetlərində təhsillərini davam etdirirlər, 9 nəfər hərbi xidmətdədir. Üç nəfər xanım məzun isə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin əmri ilə müsabiqədən kənar işə qəbul ediliblər.

Ümumilikdə isə, akademiyanın 8 məzunu hazırda komitədə çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.