CƏBHƏ XƏBƏRLƏRİ


Gömrük Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı, 6 oktyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsi (DGK) işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin əməkdaşları könüllü olaraq əməkhaqlarından 1 milyon manat Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Gömrük Komitəsinin kollektivi əmindir ki, yenilməz Azərbaycan Ordusu qələbə qazanacaq!

Qarabağ Azərbaycandır!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.