İQTİSADİYYAT


Gömrük Komitəsi sürətli poçt göndərişləri ilə bağlı layihəyə başlayır

Bakı, 14 iyun, AZƏRTAC

Gömrük Komitəsi sürətli poçt göndərişləri ilə bağlı layihəyə başlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov "Azərbaycan Gömrüyü: bu gün və sabahın çağırışları" mövzusunda jurnalistlər üçün keçirilən seminarın ikinci günündə deyib.

O bildirib ki, layihə ilə bağlı poçt şirkətləri ilə əməkdaşlıq edib, məlumat mübadiləsi aparırlar. Belə ki, göndərilən poçt ilə bağlı ilkin olaraq gömrük orqanlarına məlumat daxil olacaq, bu məlumat əsasında risk təhlilləri aparılaraq göndərilən poçtun yubandırılmadan sürətli keçidi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.