Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Gömrük Komitəsinin nümayəndə heyəti Vyana və Brüsseldə səfərdə olub

Bakı, 5 mart, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndə heyəti Vyana və Brüssel şəhərlərində səfərdə olub.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Gömrük Komitəsinin Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Hunter” layihəsi çərçivəsində DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev və müvafiq şöbələrin rəislərindən ibarət nümayəndə heyəti Avstriyanın Vyana və Belçika Krallığının Brüssel şəhərlərində səfərdə olublar.

Xatırladaq ki, “Hunter” layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonun iştirakı ilə bu il fevralın 19-da Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi arasında birgə bəyanat imzalanıb.

“Hunter” layihəsinə əsasən, beynəlxalq daşımalar zamanı gömrük-sərhədkeçmə prosedurlarının sadələşdirilməsi vasitəsilə həm mallar, həm də şəxslər üzrə məlumat analizi və hədəflərə dair beynəlxalq imkanların yaradılması, effektiv gömrük nəzarətinin genişləndirilməsilə ölkələrin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların qarşısının alınması, həmçinin məlumat analizi bazasının və hədəflənmə imkanlarının inkişaf etdirilməsi ilə aviadaşıyıcılar və oxşar məlumat toplama sistemləri (dəniz, poçt/sürətli bağlamalar və konteynerlər) tərəfindən təmin olunan Sərnişinlərə Dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) məlumatlarının toplanması daxildir.

Dövlət Gömrük Komitəsinin nümayəndə heyətinin səfərində əsas məqsəd hədəfləmə və risklərin səmərəli idarəçiliyi sahəsində dünya təcrübəsində mövcud olan ən mötəbər 3 beynəlxalq sistemlə yaxından tanış olmaq və bunların sırasında ən öncül sistemin ölkəmizdə tətbiqi imkanlarını araşdırmaqdan ibarət olub.

Qeyd edilən sistemlər Birləşmiş Millətlər Təşkilatının "Gotravel", Ümumdünya Gömrük Təşkilatının “GTAS” (Global Travelling Assessment System - Qlobal Səyahət Dəyərləndirilməsi Sistemi) və ABŞ Gömrük və Sərhəd Mühafizəsi Administrasiyasının ATS-G (Automated Targeting System Global - Avtomatlaşdırılmış Qlobal Hədəfləmə Sistemi) sistemləridir.

Səfər çərçivəsində nümayəndə heyəti öncə Birləşmiş Millətlər Təşkilatının Vyanada yerləşən qərargahında olaraq bu təşkilatın texnoloji innovasiyalar proqramlarından məsul mütəxəssislər ilə görüşüb və onlar tərəfindən qlobal sistemlərə dair edilən təqdimatlarla tanış olublar.

Birləşmiş Millətlər Təşkilatının “Strateji həllər” bölməsinin rəhbəri Maurizio Gazzola və digər texniki mütəxəssislər xüsusilə “Gotravel” adlanan sistem barədə ətraflı məlumat təqdim edərək bildiriblər ki, qeyd olunan sistemi Niderland yaradıb və əqli mülkiyyət hüququ BMT-yə verilib. Sistemin üzv ölkələr tərəfindən istifadəsi bu ilin aprelindən rəsmi şəkildə təmin ediləcək. Bu sistemin API (Advance Passenger Information - Sərnişinlərə dair ilkin məlumat) və PNR (Passenger Name Records - Sərnişin adlarının qeydiyyatı) məlumatlarını bir bazada cəmləşdirərək, məlumatların emal edilməsi ilə vizual risk təhlili yaratması imkanlarını demoversiya əsasında nümayiş etdirən mütəxəssislər beynəlxalq terrorizmə qarşı mübarizədə, hədəflərin müəyyənləşdirilməsində və risklərin səmərəli idarəçiliyi əsasında sərnişinlərin keçidinin sadələşdirilməsində qeyd olunan sistemin verəcəyi faydaları diqqətə çatdırıblar. Sistemin digər əsas üstünlüklərindən biri də “Gotravel” sistemindən istifadə edən ölkələr arasında qarşılıqlı razılaşma əsasında avtomatlaşdırılmış qaydada məlumat mübadiləsi imkanlarının olmasıdır.

Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri Belçikanın paytaxtı Brüsseldə, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) qərargahında Asanlaşdırma və Uzlaşdırma Direktoratlığının təhlükəsizlik proqramları üzrə məsul heyətinin üzvləri ilə görüşüblər. Görüş zamanı ÜGT-nin təhlükəsizliyinin təmin edilməsi sahəsi üzrə texniki mütəxəssisi Jatinder Randhava təqdimatla çıxış edərək təşkilatın təhlükəsizlik proqramları olan “Sərnişin nəzarəti”, “Qlobal qalxan”, “Strateji ticarət”, “Kiçik və yüngül silahlar” və “Terrorizmin maliyyələşdirilməsi” kimi proqramları barədə məlumatları diqqətə çatdırıb. Sonra mütəxəssis “Sərnişin nəzarəti - API (Advance Passenger Information - Sərnişinlərə dair ilkin məlumat) və PNR (Passenger Name Records - Sərnişin adlarının qeydiyyatı)” proqramı üzrə məlumat verərək bildirib ki, bu proqram üzrə əsas sistemi 2017-ci ildə ABŞ gömrük administrasiyası yaradıb.

“GTAS” adlı həmin sistemin hüquqları Ümumdünya Gömrük Təşkilatına bağışlanıb və sistem müstəqil şəkildə hava daşıyıcılarından daxil olan API/PNR məlumatlarını emal edərək, risk indikatorları üzrə əlaqələndirmə prosesini həyata keçirmək imkanına malikdir.

Qeyd olunub ki, sistem hazırda Pakistan, İsveç, Estoniya, Maldiv və Uqanda hökumətləri tərəfindən istifadə edilir, bir sıra ölkələrdə isə hazırlıq mərhələsindədir.

Görüş çərçivəsində Ümumdünya Gömrük Təşkilatının dəvəti ilə iştirak edən ABŞ Gömrük və Sərhəd Mühafizəsi Administrasiyasının mütəxəssisləri sistemin işləmə qabiliyyəti və mexanizminə dair funksional imkanları demoversiya üzərindən nümayiş etdirərək, proqramın texniki və vizual xüsusiyyətləri barədə məlumat veriblər. Öz növbəsində, Dövlət Gömrük Komitəsinin nümayəndələri Azərbaycanda qeyd olunan sahə üzrə cari vəziyyət barədə məlumatları mütəxəssislərin diqqətinə çatdırıb və “GTAS” sisteminin ölkəmizdə tətbiqi imkanlarına dair müzakirə aparıblar.

Səfər çərçivəsində növbəti görüş Brüsseldə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Administrasiyasının ATS-G (Qlobal Avtomatlaşdırılmış Hədəfləmə Sistemi) sistemi üzrə layihə meneceri Gregory Falcon ilə baş tutub.

Mütəxəssis təqdimat zamanı sistemin API və PNR məlumatlarını analizetmə imkanlarını nümayiş etdirib. Bildirilib ki, bu sistem müxtəlif növ təhliletmə və ən önəmlisi yalnız daxili qurumlararası deyil, digər ölkələrlə də beynəlxalq səviyyədə məlumat mübadiləsini həyata keçirmək və emal etmək imkanına malikdir. Sistemin hazırda 22 ölkədə tətbiq edildiyi, 20-dək ölkə ilə isə danışıqlar aparıldığı diqqətə çatdırılıb.

Daha sonra mütəxəssis sistemin daxil olan məlumatlar əsasında necə çalışması, risk profillərinin yaradılması və sorğunun həyata keçirilməsinə dair prosesləri vizual demoversiyasında nümayiş etdirib və sualları cavablandırıb.

Hər üç görüşdə Dövlət Gömrük Komitəsinin rəhbər nümayəndələri adıçəkilən sistemlərin mövcudluğunun və istifadəsinin önəmi barədə çıxış ediblər. Vurğulanıb ki, beynəlxalq və milli səviyyədə terrorizmin, insan qaçaqmalçılığı, çirkli pulların yuyulması, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bu kimi digər transmilli cinayətlərin qarşısının alınması birgə əməkdaşlıq və öncül sistemlərin tətbiqi vasitəsilə daha səmərəli olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib