CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və siqaretlər aşkarlanıb

Bakı, 7 yanvar, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Vaz 21063” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunun tavanından 11 ədəd “Samsung Galaxy J2” markalı mobil telefon və 1400 ədəd “Gold Marlboro Edge” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.