İQTİSADİYYAT
Gömrük orqanlarına malların dəyərini aşağı göstərən şirkətlərin adları açıqlanıb
Bakı, 18 yanvar, AZƏRTAC
Dövlət Gömrük Komitəsi tərəfindən son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gömrük işinin təşkili sahəsində aparılan mütərəqqi islahatlar ölkədə sahibkarlıq mühitinin yaradılmasına, xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən müvafiq ticarət əməliyyatlarını sürətli, şəffaf və asan şəkildə həyata keçirməsinə imkan verir. Ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatçısı olan gömrük orqanları bu islahatların mahiyyəti, münbit investisiya mühitinin yaradılmasındakı rolu barədə sahibkarlar, biznes nümayəndələri arasında mütəmadi olaraq təbliğat işi aparır və xarici iqtisadi fəaliyyət nəticəsində qanunvericilikdə nəzərdə tutulan gömrük vergi və rüsumlarının xalqımızın rifah halının yaxşılaşdırılması, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, təhsil, səhiyyə və sosial sahədəki məsələlərin həllində mühüm rol oynadığı xüsusilə vurğulanır.
Sahibkarlarla keçirilən görüşlərdə və kütləvi informasiya vasitələrində aparılan mütəmadi təbliğat işinə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları - hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışır.
Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı, onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir.
Son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.
Bu sahibkar və şirkətlərin siyahısı
|
Xarici iqtisadi fəaliyyət iştirakçısının adı |
Invoysda göstərilən qiymət |
Real qiymət |
Fərq |
1 |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
13046,63 avro |
18543,63 avro |
5497 avro |
2 |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
16013,72 |
22627,77 avro |
6614,05 avro |
3 |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
14840,21 avro |
20991,88 avro |
6151,67 avro |
4 |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
12230,60 avro |
18628,08 avro |
6397,48 |
5 |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
13117,94 avro |
21117,94 avro |
9000 avro |
6 |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
14545,14 avro |
33400,32 avro |
18855 avro |
7 |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
8604 avro |
12604,61 avro |
4000,61 avro |
8
|
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
12645,70 avro |
15645,70 avro |
3000 avro |
9 |
“ABA Trading”
|
5230,56 avro |
25757,81 avro |
20527,25 avro |
Cədvəldən də göründüyü kimi, ümumilikdə 80043,06 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.
Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq.
Cədvəldən də göründüyü kimi, ümumilikdə 80043,06 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.
Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq.