CƏMİYYƏT


Gömrükçülər külli miqdarda tibbi maddə və ləvazimatlar aşkarlayıb

Bakı, 7 avqust, AZƏRTAC

Gömrükçülər külli miqdarda tibbi maddə və ləvazimatlar aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Xanoba” gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “Lada Priora” markalı avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində olan qaz balonunun orta hissəsində və avtomobilin salonunda maqnitofon üçün nəzərdə tutulan yerin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən, stomatologiya sahəsində istifadə edilən 10 adda 1131 ədəd tibbi maddə və ləvazimat aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.