CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə aşkarlayıb

Bakı, 20 noyabr, AZƏRTAC

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin Astara gömrük postunda İran İslam Respublikasından gələn bu ölkənin vətəndaşı Khajouy Eskandiani Farzandeh Mohammad Sadeghi saxlanılıb. Sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı onun üzərində qanunla qadağan edilmiş predmet aşkarlanmasa da, daxili orqanlarının rentgen müayinəsi zamanı İran vətəndaşının düz bağırsağında 7 ədəd ayrı-ayrı sellofan bükümlərdə, ümumi çəkisi 190 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.