CƏMİYYƏT


Gömrükçülər pirotexniki vasitələrin realizə edilməsinin qarşısını alıb VİDEO

Bakı, 27 noyabr, AZƏRTAC

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə gətirilmiş mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən yaylım fişənglərinin, pirotexniki və tezalışan malların realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşının idarə etdiyi “IVECO OTOYOL” markalı yük avtomobili Bakı şəhəri Qaradağ rayonu ərazisində saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı, ümumilikdə 150 min 225 ədəd müxtəlif növ petarda və 512 ədəd yaylım fişəngi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.