İQTİSADİYYAT


Gömrükçülər üçün əqli mülkiyyət hüququnun qorunmasına dair təlim təşkil olunub

Bakı, 10 aprel, AZƏRTAC

Aprelin 10-da gömrükçülər üçün "Azərbaycan Respublikasının Gömrük Reyestrinə daxil edilmiş əqli mülkiyyət hüquqlarının obyektləri olan malların xüsusiyyətləri" mövzusunda təlim keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, "TMD Friction" şirkətinin adına qeydiyyata alınmış "TEXTAR" əmtəə nişanının xüsusiyyətləri ilə bağlı məlumat verilən təlimdə müxtəlif gömrük orqanlarının 30 əməkdaşı iştirak edib.

Mötəbər beynəlxalq qurumların əqli mülkiyyət obyektlərinin qorunması ilə bağlı tələb və tövsiyələrinə uyğun olaraq təşkil edilən təlimdə məqsəd gömrükçüləri saxta "TEXTAR" məhsullarını orijinal nümunələrdən fərqləndirmək, keyfiyyətli, brend malların xüsusiyyətləri ilə bağlı məlumatlandırmaq olub.

Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar, həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib. O vurğulayıb ki, həyata keçirilən islahatların əsas prioritetlərdən biri də istehlakçıların və istehsalçıların hüquqlarının, insan sağlamlığının qorunmasının təmin edilməsidir. Gömrük orqanlarının əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində ciddi addımlar atdığını diqqətə çatdıran S.Qaralov daxil olan müraciətlərin operativ qaydada araşdırıldığını və müvafiq tədbirlərin həyata keçirildiyini bildirib.

Ekspertlər Yevgeni Suşilin və Qəhrəman Cəfərov "TEXTAR" məhsulunun xüsusiyyətləri, orijinal məhsulu fərqləndirmək üsulları barədə iştirakçıları məlumatlandırıb, təlimin keçirilməsində göstərdiyi dəstəyə görə Dövlət Gömrük Komitəsinə təşəkkürlərini ifadə ediblər.

Təlimin sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gömrükçülərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.