DÜNYA


Quql İtaliyada 100 milyon avrodan artıq cərimə ödəməlidir

Roma, 14 may, AZƏRTAC

Quql texnologiya şirkəti azad rəqabətin qarşısını aldığına görə İtaliyada 102,084 milyon avro məbləğində cərimə ödəməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın kartel nəzarəti qurumu qərar verib. Qərara əsasən, Quql şirkəti texnologiya bazarında aparıcı mövqeyindən bu ölkədə sui-istifadəyə yol verib və onun mobil tətbiqləri ilə rəqabətdə olan başqa bir mobil tətbiqin Quql Play proqramlar mağazasında təklif olunmasına icazə vermir.

İtaliyanın rəqabətin tənzimlənməsi qurumunun araşdırmalarına görə, İtaliyanın “Enel” enerji şirkətinin elektrik mühərriki ilə çalışan avtomobillər üçün hazırladığı mobil tətbiqin Android sistemində istifadəsinə iki ildir icazə verilmir. Bu tətbiq Quql konserninin Quql Maps mobil tətbiqi ilə rəqabətdədir.

Qeyd edək ki, Quql Maps öz xəritələrində elektromobillər üçün yalnız enerjitoplama məntəqələrinin coğrafi məkanını təqdim edir, “Enel” şirkətinin tətbiqinin funksiyaları isə daha çoxdur və istifadəçilər tətbiq vasitəsilə enerji toplanmasına nəzarət edə, məntəqələrdə növbə götürə və digər imkanlardan yararlana bilərlər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.