CƏMİYYƏT


Goranboy rayonunda silah-sursat tapılıb

Bakı, 4 aprel, AZƏRTAC

Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindən Rus Borisi kəndinə gedən yolda yerləşən körpünün altında silah-sursat olması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedərək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan iki ədəd 16 kalibrli ov tüfəngi, dörd ədəd avtomat sandığı, bir ədəd alışdırıcısı üzərində olmayan “F-1” əl qumbarası, bir ədəd pulemyot qatarı və 402 ədəd 7,62 millimetrlik patron aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.