CƏMİYYƏT


Goranboy rayonunda üç nəfərin öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 13-də saat 22 radələrində Naftalan şəhərinin Qaşaltı kəndi ərazisində 1993-cü il təvəllüdlü Orxan Həsənəliyevin idarə etdiyi “Vaz-2107” markalı avtomobillə 1996-cı il təvəllüdlü Camal Dadaşovun idarə etdiyi “VAZ-2107” avtomobilin toqquşması nəticəsində 3 nəfərin ölümü, 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Goranboy Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.