Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Görkəmli tarixçi-alim Əlövsət Quliyevin anadan olmasının 100 illiyi münasibətilə elmi konfrans keçirilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də AMEA Tarix İnstitutunun təşkilatçılığı ilə akademiyanın müxbir üzvü, tarix elmləri doktoru, professor Əlövsət Quliyevin anadan olmasının 100 illiyi münasibətilə elmi konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə görkəmli alimin həyat və fəaliyyəti haqqında sərgi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, elmi konfrans Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Konfransa moderatorluq edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva tarixçi-alim Əlövsət Quliyevin həyatı və elmi fəaliyyətindən danışıb. Bildirib ki, akademik milli tarixşünaslıq məktəbinin formalaşaraq inkişaf etdirilməsi professor Əlövsət Quliyevin adı və fəaliyyəti ilə bağlıdır. O, 3 cildlik “Azərbaycan tarixi” kitabının müəllifi olub. Bu kitablara Azərbaycan tarixinin bütün dövrlərinə aid məsələlər və faktlar daxil edilib. Üçüncü cild iki hissədən ibarətdir. Həmin kitablarda qoyulan məsələlər indi də aktualdır.

Akademik Gövhər Baxşəliyeva görkəmli tarixçi alimin elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olduğunu diqqətə çatdırıb. Bildirib ki, Əlövsət Quliyevin əsas fəaliyyəti AMEA ilə bağlı olub. O, iki dəfə Tarix İnstitutuna rəhbərlik edib. İnstitutun respublikada tarix elminin əsas mərkəzinə çevrilməsi, keçmiş Sovet İttifaqının ən güclü elmi müəssisələrindən biri kimi tanınması məhz Əlövsət Quliyevin adı ilə bağlı olub. Azərbaycan tarixinin aktual problemlərinə işıq salan Əlövsət Quliyev 80-dək elmi əsərin müəllifidir.

G.Baxşəliyeva görkəmli alimin əsərlərinin külliyyat halında çap olunması təklifini irəli sürüb.

Konfransda A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürovun “Əlövsət Quliyev: dövrü və elmi fəaliyyətinin prioritetləri” məruzəsi dinlənilib. Məruzədə Azərbaycan milli tarix elminin fundamental əsaslarının yaradılmasının, akademik milli tarixşünaslıq məktəbinin formalaşaraq inkişaf etməsinin Əlövsət Quliyevin adı və fəaliyyəti ilə bilavasitə bağlı olduğu diqqətə çatdırılıb. Alimin öz elmi və təşkilati fəaliyyəti ilə institutda silinməz iz qoyduğu vurğulanıb.

Professor K.Şükürov görkəmli tarixçi alimin həyat və fəaliyyətinin fərqli istiqamətləri haqqında məlumat verib, institutda Ə.Quliyevin fəaliyyətini əks etdirən fondun yaradılmasının zəruriliyinə toxunub.

Bildirilib ki, Azərbaycan ziyalılığının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirmiş son dərəcə təvazökar, prinsipial, elm sahəsində həm özünə, həm də tələbələrinə çox tələbkar olan Ə.Quliyevin formalaşmasında böyüyüb boya-başa çatdığı mühitin də böyük təsiri olub. O, stalinizm, poststalinizm və durğunluq dövrlərində yaşayıb-fəaliyyət göstərməsinə baxmayaraq, elmi yaradıcılığında cəsarətli mövqe nümayiş etdirib.

K.Şükürov Ə.Quliyevdən öncə Azərbaycan tarix elminin yanlış istiqamətdə inkişaf etdiyini deyərək, qəlibləşmiş müddəaları nəzərdən keçirmək və Azərbaycan tarixinə yenidən baxmağın yüksək elmi təfəkkür tələb etdiyini və bu sahədə alimin əvəzsiz xidmətlərini vurğulayıb.

Tədbirdə tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin “Əlövsət Quliyev elmi rəhbər kimi” mövzusunda məruzəsi dinlənilib. “Mən 1961-ci ildə ADU-nu (indiki BDU) bitirib, Tarix İnstitutuna işə qəbul olundum. Əlövsət müəllim çox böyük təşkilatçı idi. O, biz gənclərə mənbələrlə işləməyi öyrətdi. Mövzu seçimi çox böyük məna daşıyır. Bu baxımdan professor Əlövsət Quliyevin seçdiyi mövzular Azərbaycanın nüfuzunu dünyaya qaldırırdı.

Əlövsət müəllimin mənə təklif etdiyi mövzu azərbaycanlı deputatların – 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının 1906-cı, 1907-ci, 1907-1912-ci və 1912-1917-ci illərdə çar Rusiyası Dövlət Dumasındakı fəaliyyətlərinin tarixinə aid idi. Təbii ki, o zaman mövzu Azərbaycan burjua nümayəndələrinin fəaliyyəti kimi təsdiq olunmuşdu. Belə bir mövzunun verilməsi heç də təsadüfi deyildi. Dissertasiya işimin elmi rəhbəri olan Əlövsət Quliyev bu dahi şəxsiyyətlərin fəaliyyətlərindən xəbərdar idi və bilirdi ki, gün gələcək Azərbaycan xalqı onların əsl kimliyini biləcək. Bu, Əlövsət Quliyevin uzaqgörənliyi idi və mən buna görə ona həmişə minnətdaram”.

Qeyd edək ki, bu mövzunu işləməklə Dilarə Seyidzadə ilk dəfə Azərbaycan milli tarixşünaslığına yenilik gətirmiş oldu və onun 1994-cü ildə rus dilində nəşr olunmuş “Azərbaycanlı deputatlar Rusiya Dövlət Dumasında” və 2004-cü ildə Azərbaycan, türk, rus və ingilis dillərində çap olunan “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yol” monoqrafiyaları bu fikrin sübutudur.

Tarix elminin, tarixi bilməyin çox vacib olduğunu deyən professor Dilarə Seyidzadə bu sahənin inkişafına ulu öndər Heydər Əliyevin xüsusi diqqətlə yanaşdığını, Prezident İlham Əliyevin bu gün çıxışlarında tarixə istinad etdiyini diqqətə çatdırıb.

Elmi konfransda Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovun “Azərbaycan milli tarix elminin təşkilatçısı” mövzusunda məruzəsi dinlənilib. Alimin elmi fəaliyyətinə diqqət çəkən C.Bəhramov qeyd edib ki, 1948-ci ildə Əlövsət Quliyev tarix üzrə namizədlik dissertasiyası müdafiə edib və universitetin Tarix fakültəsinin dekanı təyin edilib. Gənc alimin işgüzarlığı və tələbkarlığı respublika rəhbərliyinin diqqətindən yayınmayıb. Mircəfər Bağırov 1948-ci ilin payızında onu Mərkəzi Komitəyə dəvət edib. Görüşdə onun istedadlı, işgüzar və tələbkar olmasını bildiyini söyləyib. Həmçinin ona “nə üçün ermənilər və gürcülər yalan-doğru tarixlərini yazıblar, amma bizim bu qədər qədim və zəngin tariximiz olmasına baxmayaraq, onu biz hələ yazmamışıq, səbəbi nədir?”, – deyə sual verib. Eyni zamanda, “Azərbaycan tarixi yazılmalıdır. Əsərin redaksiya heyətini və strukturunu özün tərtib et, kimləri istəyirsən dəvət et və qollarınızı çırmayıb işə başlayın. Bu işin məsuliyyətini sənin üzərinə qoyuram, get işə başla”, – deyə onu yola salıb.

Əlövsət Quliyev 1948-ci ilin sonuna yaxın elmi bilik və güclərinə inandığı mütəxəssisləri dəvət edərək əsərin redaksiya heyətini yaradıb. Onun rəhbərliyi ilə ikicildlik “Azərbaycan tarixi”nin rus dilində maketi hazırlanıb. Bu əsər, sovet totalitar rejiminin tüğyan etdiyi bir dövrdə öz strukturuna və buraya daxil edilən məsələlərin vacibliyinə görə seçilir. Belə ki, bu əsər Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq 1952-ci ilin sonuna qədər olan dövrü əhatə edir. 16 fəsildən ibarət I cild ən qədim zamanlardan başlayaraq 1917-ci ilə qədər olan dövrü, 31 fəsildən ibarət II cild isə 1952-ci ilin sonuna qədər olan dövrü əhatə edir. Bu əsərin hər iki cildinə Azərbaycan tarixinin bütün dövrlərinə aid elə məsələlər və faktlar daxil edilib ki, sonradan Azərbaycan tarixinə dair nəşr edilən əsərlərdə bu faktlara rast gəlinmir. Əsərin bir başqa fərqi odur ki, burada bütün Azərbaycan tarixi – həm Şimali, həm də Cənubi Azərbaycan tarixi məsələləri öz əksini tapıb. 1954-cü ildə maket şəklində çap olunan bu əsər DTK tərəfindən qadağan edilib.

Vurğulanıb ki, on beş il ərzində Əlövsət Quliyevin rəhbərliyi altında çox böyük səylər və əmək sərf edilən bu möhtəşəm əsər onun həyata keçirdiyi tədbirlər nəticəsində 1958-1963-cü illərdə Azərbaycan və rus dillərində dörd kitabdan ibarət üçcildlik “Azərbaycan tarixi” nəşr olundu. Ən qədim zamanlardan XX əsrin 60-cı illərinin əvvəlinədək olan dövrü əhatə edən üçcildlik “Azərbaycan tarixi” sovet rejiminin mülayimləşdiyi bir dövrdə çap olunmasına və mövcud ideologiyanın müəyyən etdiyi prinsiplər əsasında yazılmasına baxmayaraq, milli tariximizin tədqiq olunması işində ən uğurlu elmi nəticə kimi qiymətləndirilməlidir.

Cəbi Bəhramov, həmçinin Əlövsət Quliyevin dostu olmuş, instituta 1978-2004-cü illərdə rəhbərlik etmiş İqrar Əliyevin bu sözlərini xatırladıb: “Əlövsətin biliyi, məharəti, hər şeyi anlayan həssas qəlbi qısa müddətdə onu, sözün tam mənasında, bizim liderimizə çevirmişdi”.

Elmi konfransda Tarix İnstitutunun şöbə müdirləri - tarix üzrə fəlsəfə doktoru dosent Hacı Həsənovun “Əlövsət Quliyev və Azərbaycanın yeni tarixinin problemləri”, tarix elmləri doktoru professor İradə Bağırovanın “XIX əsrin sonu–XX əsrin əvvəllərində Şimali Azərbaycanda fəhlə hərəkatının öyrənilməsində Əlövsət Quliyevin rolu”, habelə tarix üzrə fəlsəfə doktoru dosent Zeynəb Qafarovanın “XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycan sənayesinin tarixi Əlövsət Quliyevin tədqiqatlarında” mövzularında məruzələri dinlənilib.

Vurğulanıb ki, Əlövsət Quliyevin rəhbərliyi ilə Azərbaycan tarixçilərinin, arxeoloqlarının və etnoqraflarının bütöv bir nəsli yetişib. O, Azərbaycan tarixinin elmi konsepsiyasını işləyib.

Diqqətə çatdırılıb ki, professor Əlövsət Quliyev ensiklopedik biliyə malik insan idi. XX əsrin 60-cı illərində Andranik haqqında arayışı da ilk dəfə o, hazırlayaraq rəhbərliyə təqdim edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə professor Əlövsət Quliyevi Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdən biri, müasir Azərbaycan tarix elminin ən parlaq yaradıcılarından biri kimi səciyyəndirib.

Ailə üzvləri adından çıxış edən Təlatüm Quliyev atasının xatirəsinə göstərilən ehtirama görə konfransın təşkilatçılarına minnətdarlığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY