Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Görkəmli xeyriyyəçi-mesenatın obrazı rənglərin işığında

Bakı, 12 yanvar, AZƏRTAC

Haqqında söz açacağımız portretin varlığı çoxlarına bəllidir. Lakin indinin özündə də onun orijinalını görənlər o qədər də çox deyildir. Yarandığı gündən üzü bəri cəmisi 8 il divardan asılıb, sonra isə illərlə işıq üzünə həsrət qalıb. Uzun illərin baxımsızlığından hətta məhv olmaq dərəcəsinə çatıb. Bərpaçı-rəssam sözün əsl mənasında ona ikinci həyat verib. Buna baxmayaraq, müxtəlif səbəblər üzündən yenə də gözdən uzaq olub və bu vəziyyət respublikanın müstəqillik əldə etməsinə qədər davam edib. Yalnız müstəqillik dövründə tamaşaçılar bu əsəri əvvəlki məkanında - Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında görə biliblər...

İri ölçülü (238x129 sm) bu portretdə təsvir olunan şəxs Azərbaycanın dövlətli mesenatlarından biri olan Hacı Zeynalabdin Tağıyevdir (müəllifi görkəmli rus- sovet rəssamı İsaak İzrailoviç Brodski (1883-1939), əsərin xilaskarı isə respublikamızın tanınmış bərpaçı-rəssamı, mərhum Fərhad Hacıyevdir).

Zamanında, yəni müstəqillik qazanmağımızdan bir qədər öncə portretin yaranması haqqında əldə etdiyimiz ilkin məlumatlarımızı sonralar rəssamın özünün yazdığı “Mənim yaradıcılıq yolum” kitabı (sənətşünas İ.A.Brodskinin görkəmli sənətkar haqqında monoqrafiyası), eləcə də H.Z.Tağıyevin qızı Sara xanımın söhbətləri zənginləşdirmişdi. Məlum olmuşdu ki, rəssam inqilabdan əvvəlki illərdə təsadüfi hallarda fərdi sifarişlər qəbul etsə də, Bakı milyonçusu Tağıyevin müraciətindən boyun qaçırmayıb. Sifarişləri yerinə yetirmək üçün tezliklə Peterburqdan Bakıya gəlib.

İ.İ.Brodski qeyd edir ki, Hacı o vaxtlar qocalmışdı, səksənə yaxın yaşı vardı. Elə ilk naturadan çəkiliş zamanı məlum oldu ki, çətinliklə uzun müddət bir yerdə otura bilir, bir neçə dəqiqədən sonra mürgüləyirdi. Bu, məni məcbur etdi ki, yemək vaxtı ona diqqətlə göz qoyum, sonra isə yaddaşıma əsaslanıb işləyim. Ümumiyyətlə, Tağıyev hesab edirdi ki, üz cizgilərini, xüsusilə qırışları bütün incəliyinə kimi təsvir etməyə aludəçilik vacib deyil. Əsas diqqəti onun təntənəli geyiminə, xidmətlərinə görə aldığı müxtəlif ordenlərin dəqiq təsvirinə yönəltmək gərəkdir. Elə çəkmək lazımdır ki, ordenlərin hansı dərəcədən olduğu açıq görünsün. Bütün bunları eşidəndən sonra mən onun zövqünə tabe olmağa məcbur oldum.

Rəssamın yazdıqları göstərir ki, portreti başlamazdan əvvəl o, Hacını təsəvvür etdiyi, özünün düşündüyü pozada əks etdirməyi qarşısına məqsəd qoyubmuş. Lakin çoxdan sifarişlə iş görmədiyindən bu tələblər ona bir qədər qəribə gəlib. Bütün bunlara baxmayaraq, o, işə başlayır.

Hacının başı müxtəlif işlərə bərk qarışdığından bir neçə seans baş tutmur. Həm bunu, həm də Hacının çətinliklə oturduğunu görən rəssam işi tez tamamlamaq üçün asan çıxış yolu tapır. Şəhərdəki dərzilərin birindən maniken alan rəssam Hacının lentli və ordenli paltarını ona geyindirir. Bu, işin gedişini xeyli sürətləndirir. Az bir vaxtda o, geyimi çəkib qurtarır. Qalır portretin üz hissəsini işləmək. Brodski kimi sənətkara bundan sonra portreti tamamlamaq çətinlik törətmir və bu “operativlik” ona baha başa gəlir. Portret hazır olanda Tağıyev rəssamın tələb etdiyi iki min manatı verməyi ləngidir. Hacının Brodskiyə dediyi: “Bir həftə işə görə iki min manat? Mən cavan olanda gündə altı qəpik qazanardım, heç olmasa iki həftə də işlə, sonra baxarıq!” – sözləri bəlkə də bu gün qəribə səslənir. Çünki Hacının əliaçıqlığından, millətin xeyrinə gördüyü işlərdən çoxları xəbərdardı. Odur ki, onun dedikləri, bizcə, heç vaxt xəsislik əlaməti olaraq qəbul edilməməlidir. Sadəcə olaraq, bənna işlədiyi vaxt hər cür çətinliklə üzləşən, bir parça çörəkpulu qazanmağın nə qədər ağır olduğunu görən Hacının əməkhaqqının ödənilməsinə öz münasibəti vardı. Təbiidir ki, işin çox hissəsini manikenin köməyi ilə görən rəssamın az bir müddətə onun üz hissəsini işləməsi və bununla portreti tamamlaması sayəsində tələb olunan məbləği Hacı ilk anlar yüksək hesab etmişdir. Sonra isə rəssamın zəhmət haqqını ödəmişdir. Amma bununla da rəssamın Bakı səfəri bitmiş və o, qalan portretləri işləməmişdir. Sözsüz ki, bu mübahisədə həm rəssamı, həm də Hacını başa düşmək lazımdır. Onların hər biri öz-özlüyündə bəlkə də haqlıdırlar...

Bir neçə kəlmə də əsər haqqında söz açmaq istərdik. Əsərdə H.Z.Tağıyev qara geyimdə, ayaq üstə təsvir olunub. Onun təntənəli mərasimlər üçün nəzərdə tutulan geyimini göy lent, qılınc tamamlayır, müxtəlif orden və medallar bəzəyir. Hacının nurani siması, ağayana ciddi duruşu, naməlum istiqamətə yönəlmiş baxışları, ümumi kompozisiyanı tamamlayan müxtəlif məntiqli atributlar rəssam tərəfindən məharətlə işlənmişdir. H.Z.Tağıyevin qırmızı pərdənin fonunda, iri planda təsviri rəssamın obrazı qabarıq göstərmək istəyindən irəli gəlmişdir. Orijinal biçimli mizin üzərindəki kitab kompozisiyaya daxil edilmiş bəlkə də ən uğurlu və məntiqli təsvir elementlərindəndir. Bu, H.Z.Tağıyevin mütərəqqi fikirli və maarifpərvər olmasına işarə kimi qavranılır.

Bu gün qiymətli bədii fakta çevrilən əsər bizim üçün hər şeydən əvvəl xalqımızın mədəni həyatında mühüm rol oynamış şəxsiyyətin naturadan çəkilmiş obrazını özündə yaşatdığına görə qiymətlidir. Beləliklə, 1912-ci ilin baharında H.Z.Tağıyevin mülki mühəndis İ.V.Qoslavski tərəfindən 1893-1902-ci illərdə Qorçakov küçəsində (indiki H.Z.Tağıyev) ucaldılmış malikanəsini bəzəyən gözəl rəngkarlıq və heykəltəraşlıq əsərlərinin sırasına bir iş də əlavə olundu. İş otağını bəzəyən İ.Ayvazovskinin “Tufana düşmüş gəmi” (Azərbaycan Milli İncəsənət Muzeyi), Şərq salonundan asılmış “Bosfor” (əsərin sonrakı taleyi məlum deyil), rus rəssamı İ.Zankovskinin “Dağ silsiləsi” (İncəsənət muzeyindədir) əsərləri, Napoleonun və din xadiminin fransız heykəltəraşı tərəfindən işlənmiş portretləri (ikinci iş də İncəsənət muzeyində saxlanılır, digər əsərin isə yeri hələ ki, məlum deyildir)), Polşa rəssamı Yan Stıkanın məşhur “Neronun sirki” (bu tablo da İncəsənət muzeyindədir) və s. əsərlər onun marağını əks etdirən sənət nümunələridir. Bu işlərin çoxunu o, sifarişlə işlətmişdir. Ümumiyyətlə, bu sahədəki işi, biz deyərdik ki, uzaqgörənliyi H.Z.Tağıyevi Bakı milyonerləri arasında xüsusilə fərqləndirir, birincilər sırasına çıxarır.

Nədənsə Hacı özünün rəssam tərəfindən işlənmiş portretini nə iş otağında (burada onun iri fotoportreti asılıbmış), nə də digər salonlarda asdırmışdır. Portretin tamamlandığı vaxtdan Azərbaycanın işğalına qədərki 8 il ərzində özünün ən qiymətli əşyalarının toplandığı seyf-otaqda saxlayıb. Hətta 1920-ci ildə Mərdəkandakı bağına köçərkən də özü ilə aparmayıb. Dörd il sonra isə H.Z.Tağıyev vəfat edib... Az sonra portret də unudulub. Bütün bu hadisədən sonra, onun bədii və tarixi əhəmiyyətini duymayanlar portreti çərçivədən çıxarmışlar. Bükülü qalan kətanın 1958-ci ildə çəkilmiş fotosu göstərir ki, onu mühafizə edənlər çox etinasız olmuşlar. Bunun nəticəsində əsər məhv olmaq dərəcəsinə çatmışdır. Çərçivədən çıxarılaraq uzun müddət bükülü qalan kətan deformasiyaya uğramış, neçə yerdən qat kəsmişdi, bir çox hissədəki rəng qatı tökülmüşdü. O vaxt yalnız Azərbaycanın ilk bərpaçı rəssamı mərhum Fərhad Hacıyevin işə qarışması və təmənnasız əsəri bərpa etməsi, onu əvvəlki görkəminə - həyata qaytarmağa imkan vermişdir...

Müstəqillik dövründə Azərbaycanın rəssam və heykəltəraşları dəfələrlə H.Z.Tağıyevin obrazına müraciət edib yeni-yeni əsərlər yaratsalar da, İ.A.Brodskinin 103 il əvvəl çəkdiyi portret bu gün də öz əhəmiyyətini qorumaqdadır. Belə ki, bu əsər xalqına təmənnasız xidmətlərinə görə “millət atası” ayaması qazanmış Hacı Zeynalabdin Tağıyevin naturadan işlənmiş ilk və son portretidir...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü başlayıb YENİLƏNƏCƏK

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir