CƏMİYYƏT
Göyçay rayon sakininə hədə-qorxu gələrək pulunu almaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 23 oktyabr, AZƏRTAC
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə özlərini hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən 5 nəfərin Göyçay rayon sakini M.Mikayılova 2 ədəd “F-1” markalı qumbaranı satdığı üçün hədə-qorxu gələrək 30 min manat məbləğində pulunu almaları barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu əməli törətməkdə şübhəli bilinən Göyçay rayon sakinləri İ.Bədəlov, B.İslamov, Qazax rayon sakini E.Məmmədrzayev, Masallı rayon sakini R.Əsgərov və Şamaxı rayon sakini K.Qədimov keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Onlardan iki ədəd “F-1” qumbarası götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.