REGİONLAR


Göyçayda Vətən müharibəsi şəhidinin xatirəsi ehtiramla yad edilib

Göyçay, 6 avqust, AZƏRTAC

Göyçayda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Kənan Qafarovun xatirəsi ad günündə rayonun Yalman kəndindəki məzarı önündə ehtiramla yad olunub. Mərasimdə rayon icra hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon idarəsinin rəisi, YAP rayon təşkilatının sədri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin nümayəndələri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Mərasimdə çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Kənan Qafarovun keçdiyi qısa və mənalı həyat yolundan danışıb, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini bildiriblər.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Qeyd edək ki, şəhid Kənan Qafarov 1996-cı il avqustun 6-da Göyçayın Yalman kəndində anadan olub. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 2017-ci il fevralın 24-dən N saylı hərbi hissədə gizir kimi xidmətə başlayıb. Vətən müharibəsində erməni işğalçılarına qarşı igidliklə vuruşub, 2020-ci il oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı ordeni”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə tərtib edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.