REGİONLAR


Göyçayda indiyədək 6600 hektardan çox sahədə taxıl əkilib

Göyçay, 21 noyabr, AZƏRTAC

Göyçay taxılçıları payızlıq əkin kampaniyasını davam etdirirlər və indiyədək 6660 hektarda səpin aparılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə 14000 hektarda payızlıq taxıl əkini nəzərdə tutulub. İndiyədək əkin aparılan sahələrin 3570 hektarı arpa, 3090 hektarı isə buğdadır. Səpində əsasən yerli şərait üçün daha əlverişli olan “Aran”, “Qobustan” və “Qrom” buğda, “Qarabağ-22”, “Cəlilabad-19” arpa sortlarından istifadə olunur. Payızlıq əkin hazırda rayonun bütün ərazilərində, xüsusilə iri taxılçılıq təsərrüfatları olan Qaraməryəm, Bığır, İncə, Alpoud və bir sıra digər ərazi dairələrində mütəşəkkil sürətdə aparılır.

Qeyd edək ki, taxıl rayonun 3360 hektar suvarılan, 3300 hektar dəmyə torpaq sahələrində əkilib. İndi suvarılan torpaq sahələrində suvarma davam edir və artıq 600 hektarda bu mühüm tədbir həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.