REGİONLAR


Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Göyçay, 18 avqust, AZƏRTAC

Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən və nəqliyyat vasitəsində çoxavazlı səs siqnalları quraşdıran, eləcə də konstruksiya dəyişikliyinə yol verən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbirlər zamanı “VAZ-2101” markalı nəqliyyat vasitəsinin sürücüsü Fərid Məmmədov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib. F.Məmmədov barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

Yol polisi əməkdaşları tərəfindən keçirilən digər bir tədbir zamanı isə avtomobilində çoxavazlı səs siqnalından istifadə edərək ictimai asayişi, sakinlərin dincliyini pozmağa çalışan, eləcə də nəqliyyat vasitəsində əlavə konstruksiya dəyişikliyinə yol verən sürücü saxlanılıb. Onun Ağdaş rayon sakini Ceyhun Hüseynov olduğu müəyyən edilib və barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin “VAZ-21014” markalı avtomobildəki səs siqnalları müsadirə olunub və sürücü barəsində qanunamüvafiq tədbir görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.