REGİONLAR


Göygöl-Daşkəsən KOBİM tərəfindən turizm sahəsində silsilə təlimlər keçirilir

Bakı, 22 oktyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzləri tərəfindən mikro, kiçik və orta sahibkarların biznes sahəsində biliklərinin və məlumatlığının artırılması üçün təlim və məsləhət xidmətləri göstərilir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Göygöl-Daşkəsən KOB İnkişaf Mərkəzi tərəfindən Göygöl rayonunda turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün təlimlərə başlanılıb. Təlimlərin məqsədi regionda fəaliyyət göstərən ictimai iaşə, restoran, otel, kənd turizmi və digər oxşar sahələrdə fəaliyyət göstərən KOB subyektlərinin inkişafına, eləcə də turizm obyektlərinin rəhbər və işçi heyətinin hazırlıq səviyyəsinin artırılmasına, turizm sahəsində kadr potensialının inkişafına dəstək olmaqdır. Təlimlər pandemiya ilə bağlı qaydalara uyğun olaraq kiçik qruplar şəklində turizm müəssisələrində təşkil edilir. Təlimlərdə beynəlxalq səviyyəli turizm mütəxəssisi Emre Yamac tərəfindən müştərilərlə ünsiyyət, qonaqpərvərlik, menyunun təqdimatı, müştəri etirazlarının qarşılanması, müştəri tipləri və onlarla işləmə və sair istiqamətlərdə məlumat verilir, iştirakçıların sualları cavablandırılır.

Qeyd edək ki, KOB inkişaf mərkəzləri tərəfindən sahibkarlara göstərilən bütün xidmətlər ödənişsizdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.