REGİONLAR


Göygöldə süni yolla mayalandırılmış inəklərdən 200 baş cins buzov alınıb

Göygöl, 20 iyul, Rauf Hacıyev, AZƏRTAC

Göygöl rayonunda heyvandarlıq sahəsində yüksək göstəricilərə nail olmaq məqsədilə bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərə dəyərinin 50 faizini ödəmək şərtilə 7 baş cins mal-qara satılaraq cins heyvanların sayı 181 başa çatdırılıb.

Göygöl Rayon Statistika İdarəsinin rəisi Elşən Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu ilin birinci yarısında süni yolla mayalandırılmış 446 baş inəkdən 200 baş cins buzov alınıb.

Qeyd edilib ki, bu ilin birinci yarısında rayonda iribuynuzlu mal-qaranın sayı 20

min 100 başa, xırdabuynuzlu mal-qaranın sayı isə 162 min 636 başa çatıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda süd istehsalı 7,1 ton artaraq 13 min 28,8 ton, ət istehsalı 792,8 ton artaraq 3 min 60,5 ton, yumurta istehsalı isə 5 min ədəd artaraq 6 milyon 670 min ədəd olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.