İDMAN


“Grand Prix 2019”: Şəhriyar Məmmədyarov dörddəbir finalda Kriştov Duda ilə üz-üzə gələcək

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də Riqada FIDE-nin və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində dörddəbir final oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı qrossmeyster Şəhriyar Məmmədyarovun dörddəbir finaldakı rəqibi polşalı Kriştof Duda olacaq. Şahmatçımız səkkizdəbir finalda rusiyalı Daniel Dubovu məğlub edib.

Dörddəbir finalın digər oyunlarında Sergey Karyakin (Rusiya) Uesli So (ABŞ), Aleksandr Qrişuk (Rusiya) Yu Yanqi (Çin), Maksim Vaşe-Laqrav (Fransa) Veselin Topalov (Bolqarıstan) ilə qarşılaşacaqlar.

Qran-Prinin nəticələrinə əsasən ən çox xal toplayacaq iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.