DÜNYA


Güclü yağışlar Yaponiyanın Tohoku regionunda sürətli qatarların hərəkətində fasilələr yaradıb

Tokio, 3 avqust, AZƏRTAC

Yaponiyanın şimal-şərq hissəsinə yağan güclü yağışlar Tohoku regionunda sürətli “Shinkansen” qatarlarının hərəkətində fasilələr yaradıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Şərqi Yaponiya Dəmiryolu Şirkəti” avqustun 3-də məlumat yayıb. Bildirilir ki, yerli vaxtla səhər saat 9:00-da “Akita” və “Morioka” stansiyaları arasında yüksək sürətli qatarların hər iki istiqamətdə hərəkəti dayandırılıb.

Şirkətdən həmçinin deyilib ki, “Morioka” stansiyası istiqamətində hərəkətin yerli vaxtla saat 14:00-da, “Akita” stansiyası istiqamətində isə saat 15:00-da bərpa olunacağı gözlənilir.

Məlumatda, eyni zamanda, “Yamaqata” və “Shinco” stansiyaları arasında da sürətli qatarların hərəkətinin günün ikinci yarısından axşam saat 18:00-dək dayandırıla biləcəyi qeyd edilir.

 
Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.