İDMAN


Güləş üzrə açıq respublika turnirinin ilk gününün qalibləri müəyyənləşib

Bakı, 12 yanvar, AZƏRTAC

Yanvarın 11-də Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq respublika turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edirlər.

İlk yarış günündə 45, 48, 51, 55, 60 və 65 kiloqram çəki dərəcələrində sərbəst güləş üzrə 178 pəhləvan mübarizə aparıb.

Yarışda Murad Haqverdiyev (45 kq), Ramiq Heybətov (48 kq), Kənan Heybətov (51kq), Ruslan Şıxıyev (55 kq), Əbülfəz Nəsirov (60 kq) və Cəbrayıl Həsənov (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Komanda hesabında Azərbaycan 1-ci, Gürcüstan 2-ci, Rusiya isə 3-cü yeri tutub.

Yarışa yanvarın 12-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.