İDMAN


Güləşçilərimiz birinci Dünya Çimərlik Oyunlarını iki medalla başa vurublar

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində keçirilən çimərlik güləşi üzrə yarışa yekun vurulub.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz İbrahim Yusubov (80 kq) A qrupunda rumıniyalı Vasile Madalin Minzala (3:1), ispan David Kintana (3:0) və çilili Antonio Kastroya (3:0) qalib gəlib, gürcü Davit Xutsişviliylə görüşdə isə hesab açılmayıb. Gürcüstan təmsilçisinin çəkisi daha az olduğundan qələbə rəqibə verilib. Bununla belə, yarımfinala vəsiqə qazanan İ.Yusubov ukraynalı Vasili Mixaylovu 3:1 hesabı ilə üstələyərək finala yüksəlib. Həlledici görüşdə yenidən gürcü güləşçi üz-üzə gələn təmsilçimiz bu dəfə də məğlub olaraq gümüş medalı boynundan asıb.

Digər güləşçimiz Oyan Nəzəriani (90 kq-dan yuxarı) B qrupunda ispan Xose Kuba Vaskesə (3:0) və rumıniyalı Daniel Kintoana (3:0) qalib gəlib, gürcü Mamuka Kordzayaya (1:4) isə uduzub. Güləşçimiz yarımfinalda iranlı Puya Rəhmani (0:3) ilə bacarmayıb. İdmançımız 3-cü yer uğrunda görüşdə yenidən M.Kordzaya ilə qarşılaşıb. Bu dəfə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Sonuncu xalı rəqib qazandığından O.Nəzəriani 4-cü yerlə kifayətlənib.

Xatırladaq ki, çimərlik güləşi yarışlarının birinci günündə Pənah İlyaslı (70 kq) gümüş medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.