İDMAN


Güləşçimiz Əfqan Xaşalov Avropa çempionatında bürünc medal qazanıb

Bakı, 20 aprel, AZƏRTAC

Sərbəst güləşçimiz Əfqan Xaşalov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Ə.Xaşalov (57 kq) ilk görüşdə yunan rəqibinə vaxtından əvvəl qalib gəlib. Həmyerlimiz daha sonra rumıniyalı güləşçi ilə gərgin keçən görüşdə də sevinən tərəf olub və yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında Rusiya təmsilçisiylə bacarmayıb. Təmsilçimiz bürünc medal uğrunda görüşdə Aryan Tsiutrindən (Belarus) üstün olub. Son saniyələrdə sevimli fəndini uğurla yerinə yetirən Ə.Xaşalov karyerasında ilk dəfə böyüklər arasında Avropa üçüncüsü olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.