CƏMİYYƏT


“GünazTV”nin rəhbəri: İranda ana dilimizdəki kitabları yığıb yandırıblar

“GünazTV”nin rəhbəri: İranda ana dilimizdəki kitabları yığıb yandırıblar

Bakı, 5 dekabr, AZƏRTAC

1828-ci ildə Azərbaycan ikiyə bölündü. Hələ də Cənubi Azərbaycanın idarəçiliyi ilə məşğul olan fars şovinizmi Azərbaycanın güclü olacağına inanmırdı. Amma onlar səhv proqnoz verdilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri dekabrın 5-də Mətbuat Şurasında keçirilən görüşdə Cənubi (Güney) Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı söyləyib.

“GünazTV”nin rəhbəri qeyd edib ki, İranda 30 milyondan çox cənubi azərbaycanlının hüquqları tapdalanır. Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu hal daha da gücləndi. İranda ana dilimizdəki kitabları yığıb yandırıblar. Müəllimlərimizi öldürüblər, zülm ediblər. Biz isə onlara inandıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.