CƏMİYYƏT


Gündüz İsmayılov: 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb

Bakı, 2 avqust, AZƏRTAC

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov söyləyib.

Dövlət Komitəsinin sədr müavini qeyd edib ki, hər gün 30-35 namizədin müsahibədə iştirak etməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilib. Müsahibə komissiyası yalnız ilahiyyatçılardan təşkil edilib.

Gündüz İsmayılov qeyd edib ki, müsahibənin nəticələri keçirildiyi gündən 5 iş günü ərzində elan olunacaq: “Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü ərzində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha din xadimi təyin ediləcək”.

O əlavə edib ki, 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.