SİYASƏT


Günnüt kəndinin torpaqlarından səmərəli istifadə olunur

Şərur, 3 iyul, AZƏRTAC

Günnüt kəndinin və ətraf ərazilərin ordumuzun nəzarəti altına keçməsi bu torpaqlardan səmərəli istifadə etməyə imkan yaradıb. Sərhəddə yerləşən bu yerlərin etibarlı müdafiəsi, zəngin bitki örtüyü arıçılıqla, maldarlıq və heyvandarlıqla məşğul olanlar üçün çox əlverişlidir. Artıq Şərur rayonunun Günnüt kəndinin ərazisində bu imkanlardan səmərəli istifadə edirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Günnüt kəndindəki arıçılarla görüşüb.

Ali Məclisin Sədri arıçıları salamlayaraq deyib: Vaxtilə Günnüt öz balı ilə məşhur idi. Bu gün ərazidən istifadə etmək üçün lazımi şərait yaradılıb. Torpaqlarımız müdafiə olunur, yeni yol çəkilib. Bu torpaqlar kənd təsərrüfatı üçün yararlıdır. Arıçılar və təsərrüfatla məşğul olanlar bu imkanlardan lazımınca istifadə etməlidirlər.

Arıçı Rəcəb Nəcəfov minnətdarlıq edərək deyib: Uzun müddət Günnüt kəndinin həsrətində idik. Bu ərazilərə 2 kilometr yaxınlaşa bilmirdik. Lakin bu gün 26 kilometr keçib öz torpağımızda - Günnüt kəndində təsərrüfatla məşğul oluruq. Dövlətimizə, ordumuza güvənirik. Azərbaycanla, onun qüdrətli ordusu ilə fəxr edirik.

Arıçılar Elyar Məmmədov və Fikrət Məmmədov da Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

Ali Məclisin Sədri Günnüt kəndində bundan sonra da təsərrüfat sahibləri üçün hərtərəfli şəraitin yaradılacağını bildirib, arıçılara təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.