DÜNYA


Gürcüstan DİN ümumi dəyəri 3,1 milyon avro olan narkotik maddəni yandıraraq məhv edib

Tbilisi, 12 dekabr, AZƏRTAC

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) qanunsuz dövriyyədən çıxarılmış və “qara bazar”da ümumi dəyəri 9 milyon lari (təqribən 3,1 milyon dollar) olan narkotik maddəni məhv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Məhv edilən narkotik vasitələrin içərisində 3 min ədəd subuteks həbi, 1150 ədəd kodein, 327 kiloqram çətənə, 13 kiloqram marixuana, 287 MDMA həbi, 20 metadon ampulası və digər narkotik vasitələr olub.

Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrlə əlaqədar 676 cinayət işi açılıb.

Narkotiklər əlaqədar qurumların iştirakı ilə yüksək temperaturlu sobalarda yandırılıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.