SİYASƏT


Gürcüstan KİV-i Azərbaycan Prezidentinin Praqaya səfəri barədə silsilə materiallar yayıb

Tbilisi, 7 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri, keçirdiyi görüşlər və “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı, eləcə də televiziya kanallarına müsahibəsi zamanı söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, interpressnews.ge, 24news.ge, apsny.ge, newsgeorgia.ge, kavkasia.net, aktual.ge, interpress.ge informasiya portalları və digər mətbuat orqanlarında silsilə materiallar dərc olunub.

Azərbaycan, rus, ingilis və gürcü dillərində dərc olunan materiallarda oxuculara Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan formatında vahid müzakirə platformasının yaradılması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və digər məsələlərlə bağlı fikirləri çatdırılır.

Prezident İlham Əliyevin çıxışlarından verilən sitatlarda deyilir: “Öz öhdəliyini pozmaq - əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir göstəririk, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.

Eyni zamanda, materiallarda o da bildirilir ki, beş prinsiplə bağlı nə erməni tərəfinin, nə də Avropa Şurasının heç bir sualı yoxdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.