SİYASƏT


Gürcüstan KİV-ləri Prezident İlham Əliyevin işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərindən yazıb

Tbilisi, 17 noyabr, AZƏRTAC

Gürcüstanın aparıcı “report.ge”, “24news.ge”, “aktual.ge”, “pia.ge”, “gaxa.ge” və digər informasiya portalları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri barədə materiallar yayıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, gürcü, rus və ingilis dillərində yayılan xəbərlərdə Azərbaycan Prezidentinin və birinci xanımın işğaldan azad olunmuş ərazilərdə tarixi mədəniyyət abidələrini, Xudafərin körpüsünü ziyarət etdikləri qeyd edilib.

Azərbaycan Prezidentinin insanlarla görüşdüyü də bildirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.