DÜNYA


Gürcüstan Müdafiə Qüvvələri hərbi təlimlər keçirib

Tbilisi, 19 may, AZƏRTAC

Gürcüstan Müdafiə Qüvvələri Samtsxe-Cavaxetiya bölgəsindəki Orfolo poliqonunda “Helati 2022” adı altında hərbi təlimlər keçirib.

AZƏRTAC xəbər verir ki, hərbi təlimlər NATO-nun JTEC birgə hazırlıq mərkəzinin dəstəyi ilə Gürcüstan Müdafiə Qüvvələrinin Baş Qərargahı və Qərb Komandanlığı tərəfindən təşkil olunub.

Əsasən ordunun müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş təlimlərdə quru qoşunlarının, tank, artilleriya bölmələrinin, hərbi hava və hava hücumundan müdafiə qüvvələrinin, habelə hərbi polis, xüsusi mühafizə, sərhəd və sahil mühafizə qüvvələrinin bölmələri iştirak ediblər.

Mi-24 və Müdafiə Qüvvələrində silahlanmaya daxil edilmiş “İrokez” helikopterlərindən də istifadə olunub.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının zabitləri də təlimlərin gedişini izləyiblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.