DÜNYA
Gürcüstan hökuməti meşə yanğınları ilə əlaqədar əhaliyə müraciət edib
Tbilisi, 4 avqust, AZƏRTAC
Gürcüstan hökuməti qarşıdakı yaxın bir həftə ərzində ölkədə havanın temperaturunun kəskin yüksələcəyi, meşə və çöl yanğınları riskinin artacağı barədə əhaliyə müraciət edib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarəolunması Xidməti məlumat yayıb.
Xidmət, eyni zamanda, əhalini yüksək vətəndaş məsuliyyəti nümayiş etdirməyə, əkin sahələrində, meşə və yaxud tarlaların yaxınlığında tonqal qalamamağa və yanğınları nəzarətsiz qoymamağa çağırıb.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, Gürcüstanın müvafiq dövlət qurumları qonşu ölkələrlə də sıx təmasdadır. Azərbaycan tərəfi meşə və çöl sahələrində yanğınlara qarşı birgə mübarizə aparmağa hazır olduğunu bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]