CƏMİYYƏT
Gürcüstan mətbuatı ermənilərin Kəlbəcərdə törətdiyi ekoloji terrordan yazır
Tbilisi, 16 noyabr, AZƏRTAC
Gürcüstanın saytları ermənilərin işğaldan azad olunmuş ərazilərimizdə, xüsusən də Kəlbəcərdə törətdiyi vəhşiliklər, ətraf mühitə vurduğu ziyan və ekoloji terror barədə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, rus, ingilis və gürcü dillərində yayılan məlumatlarda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə erməni terroru ilə bağlı faktlara əsaslanan müraciətindən bəhs olunur.
Müraciətdə ermənilərin Kəlbəcərdə meşələri kütləvi şəkildə qırması və yandırması faktları əksini tapıb. Dünya birliyi və beynəlxalq təşkilatları erməni vəhşiliyinə, ekoloji terrora göz yummamağa, ermənilərin heç bir hüquqa və ədalətə sığmayan əməllərinə kəskin reaksiya verməyə, bu terroru təcili dayandırmağa çağırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi