REGİONLAR
Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb VİDEO
Lənkəran, 8 may, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İsmayılov Habil Oruc oğlunun meyitinin qalıqları Lənkərana gətirilib. O, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbər" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmişdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin nəşi rayonun Kərgəlan kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, İsmayılov Habil Oruc oğlu 1994-cü il yanvarın 27-də Xocavəndin “Şişqaya” yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunurdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.05.2024 [17:03]
Xaçmazda kros qaçışı üzrə yarışın qalibləri mükafatlandırılıb
- 30.05.2024 [16:32]
Naxçıvanın tarixi məhəlləsi Şahabdan REPORTAJ
- 30.05.2024 [15:05]
Bu il Ağdam Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq
- 30.05.2024 [13:35]