SİYASƏT
Gürcüstan saytlarında Alxanlıda ermənilərin törətdiyi vəhşiliklərlə bağlı yazılar yerləşdirilib
Tbilisi, 6 iyul, AZƏRTAC
Gürcüstan saytları ermənilərin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribat və vəhşiliklərdən yazır. Nüfuzlu “NSP.GE” saytında ermənilərin açdıqları atəş nəticəsində sivil insanların, o cümlədən 2 yaşlı körpə uşağın həlak olduğu diqqətə çatdırılır.
“Newspress” saytının yaydığı informasiyada da Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində mülki şəxslərin həlak olduğu xüsusi qeyd olunub.
Hər iki saytda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərinin AZƏRTAC-a müsahibəsinə, eləcə də AZƏRTAC-da yayımlanan digər xəbərlərə istinad olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi