CƏMİYYƏT
Gürcüstan vətəndaşlarından narkotik vasitələr aşkarlanıb
Bakı, 16 noyabr, AZƏRTAC
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşları saxlanılıb. Saxlanılan şəxslərin nəqliyyat vasitələrinə baxış zamanı narkotik vasitələr aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, Gürcüstan vətəndaşları - Jvarşeışvılı Gıvı Qriqoliçə məxsus nəqliyyat vasitəsinin salonundakı cihazlar panelində siqaret külünün tökülməsi üçün nəzərdə tutulan yerdən ümumi çəkisi 3 qram, Janıaşvılı Vaxhtang Piruzoviçə məxsus nəqliyyat vasitəsinin salonundakı cihazlar panelində sənədlər üçün nəzərdə tutulan dolabından isə ümumi çəkisi 7 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.