İQTİSADİYYAT


Gürcüstan yanvarda Azərbaycandan 260,7 min kubmetr təbii qaz idxal edib

Tbilisi, 19 fevral, AZƏRTAC

Ötən ay Azərbaycandan Gürcüstana 260 min 699,6 kubmetr təbii qaz ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Bildirilir ki, Azərbaycandan idxal olunan “mavi yanacağın” dəyəri isə 42 milyon 987,6 min dollar olub.

İllik müqayisədə qonşu ölkəyə ixrac olunmuş qaz həcm baxımından 26 min 156,6 kubmetr və ya 11,1 faiz, dəyər baxımından isə 1,46 milyon dollar çoxdur.

Keçən ilin yanvarında Gürcüstan Azərbaycandan dəyəri 41 milyon 519,5 min dollar olmaqla 234 min 543 kubmetr təbii qaz idxal edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.